Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


02.05.2020  13:32 

Bakıda vəziyyəti ağır olan koronaviruslu xəstələr... - VİDEO





A+  A-

Bakıda koronavirusa yoluxmuş və hazırda vəziyyəti ağır olan xəstələrin müalicə olunduğu tibb müəssisəsindən reportaj hazırlanıb.
XəzərNews.az-ın İctimai televiziyaya istinadən verdiyi xəbərə görə, həmin xəstəxananın reanimasiya şöbəsində 5 xəstə var. Çəkiliş zamanı 61 yaşlı xəstənin vəziyyəti ağırlaşdığı üçün o da reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın həkimi bildirib ki, insanlar belə ağır vəziyyətə düşməmək üçün sosial izolyasiya tədbirlərinə əməl etməlidirlər:

"Təəssüf ki, bəzi insanlar belə bir xəstəliyin olduğuna inanmırlar. Evdə oturmaq çətin deyil, amma burada reanimasiyada olmaq, xəstə olmaq, boğulmaq çox çətindir".

Xəstələrdən biri, Gəncə sakini Mirhüseyn Məmmədov koronavirusa yoluxduqdan sonra ilkin əlamətləri necə hiss etdiyini deyib: "İki gün yeriyəndə halsız olurdum. Sonra temperaturum 37,2-37,3 dərəcə olub. Fikirləşdim yəqin keçib gedər".



Xəbər 3782 dəfə oxunub.





10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +