Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


13.01.2020  09:27 

İranda etirazların ikinci dalğası başladı





A+  A-

İran hökumətinin Ukraynanın yanvarın 8-də qəzaya düşmüş “Boeing 737” sərnişin təyyarəsinin səhvən vurulmasını etiraf etməsindən sonra başlayan etiraz aksiyaları davam edir.
XəzərNews.az “BBC”yə istinadən xəbər verir ki, nümayişçilər hökumətin qəza ilə bağlı günahını boynuna almasından sonra ikinci aksiyalara start veriblər. Bu dəfə etirazlara Tehran universitetlərində, eləcə də digər şəhərlərdə başlanılıb.

Tehranın Azadi meydanında və digər ərazilərdə nümayişçilərə qarşı mübarizə aparmaq məqsədilə polis dəstələri yerləşdirilib.

Mitinq iştirakçıları Tehranda Şahid-Beheşti Universitetinin girişində ABŞ və İsrail bayraqlarının təsvirini tapdamaq istəməyərək yan keçirlər. Onlar eyni zamanda hökumət əleyhinə “Bizi aldadırlar, düşmənimiz Amerika deyil, düşmənimiz buradadır” şüarını səsləndiriblər.

Meydanda aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olduğu da deyilir. Polis gözyaşardıcı qazdan istifadə edib.

Aksiyaları işıqlandıran mətbu orqanlar isə reportajlarına “Biabırçılıq”, “Bağışlamaycağıq” sərlövhələrini seçiblər.

Bəzi kütləvi informasiya vasitələri isə hökuməti səhvini boynuna aldığı üçün təqdir edib.

İrandakı ikinci etiraz dalğasına ilk reaksiya ABŞ Prezidenti Donald Tramp tərəfindən göstərilib. O, Tvitter hesabından İran hakimiyyətini etirazçılara qarşı güc tətbiq etməməyə çağırıb:

“İran rəhbərlərinə - etiraz edənləri öldürməyin. Minlərlə insan artıq öldürülüb, və ya həbs edilib. Bunu bütün dünya görür. Daha da önəmlisi bunu ABŞ görür. İnterneti qaytarın və jurnalistlərə azad hərəkət etməyə icazə verin! Çox gözəl İran xalqınızı öldürməyi dayandırın!”.

Xatırladaq ki, bundan əvvəlki aksiyada İraqda öldürülən general Qasım Süleymaninin ictimai yerlərdə asılan şəkilləri cırılmışdı.

Xəbər 3337 dəfə oxunub.



12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +