30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər


05.11.2019  08:43 

“Millət vəkili imkanlı şəxslərdən olmalıdır” - Adil Əliyev





A+  A-

"Qanunvericiliklə millət vəkili bizneslə məşğul ola bilməz. Hesab edirəm ki, millət vəkili imkanlı insanlardan olmalıdır. Mənim düşüncələrim budur. Millət vəkilinə qarşı evi satıb başqa yerdə daha ucuzunu və yaxud da bahasını tikdirə bilməzsən kimi qadağa qoyula bilməz".
XəzərNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Adil Əliyev İTV-də qonaq olduğu "3 D" verlişində səsləndirib.

A.Əliyev mediada barəsində gəzən xəbərlərdən də söz açıb. O, biznesinin olmadığını bildirib:

"O fikirləri dəlil, sübut olmadan söyləyirlər. Çexiyada qardaşım yaşayır. Qardaşım oğlu iş adamıdır, orada şirkəti var. Mənim özümüm də orada evim var idi. Çexiyanın Karlovı Varı şəhəri müalicəvi şəhərdir. Ordakı mənzillərin qiyməti Sulutəpədən qat-qat ucuzdur. Bu gün gedib Qubada, Qəbələdə, Xaçmazda ev almaqdansa, oradan 3 otaqlı ev alıb viza prosedurunu asanlaşdırmaq olar. Bu da bir ağıl, cəsarət tələb edir. Mənim Azərbaycanın heç bir yerində heç nəyim yoxdur. Bu gün Azərbaycanda milyonlarla villalar var. Bunların hamısı millət vəkillərinindir, məmurlarındır? Əgər mən evimi tikib satıramsa və bundan gəlir əldə edirəmsə, bu, biznes sayılmır".

Xəbər 3539 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +