Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


30.01.2019  10:57 

Həbibdən qərara etiraz - “Əbədi siyasət”





A+  A-

Xəbər verdiyimiz kimi, rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra etdiyi hərəkətlərə görə 9 ay diskvalifikasiya edilib.
XəzərNews.az-ın məlumatına görə, o, həmçinin 500 min dollar cərimə olunub.

Bəs, Həbibin cəzası nə zaman bitəcək?

Tərəflər arasında görüş oktyabr ayında baş tutub. Məhz Nurməhəmmədovun cəzası da həmin vaxtdan hesablanacaq. Artıq qarşılaşmanın üzərindən 3 ay keçdiyini nəzərə alsaq, rusiyalı döyüşçü daha 6 ay rinqdən uzaq olacaq.

O, qazandığı pulların 500 min dollarını da cərimə kimi ödəyəcək. Rəqibi Konor Maqreqor isə 50 min dollar cərimələnib. Nurməhəmmədov isə Nevada ştatının Atletika Komissiyasının bu qərarına etiraz edib.

O, Twitter hesabında bu qərara qarşılıq olaraq “əbədi siyasət” deyə paylaşım edib.

Nurməhəmmədovun kəməri isə əlindən alınmayacaq.

Xəbər 3122 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +