Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


18.05.2018  09:38 

Şahzadənin ölüm xəbəri yayıldı - 28 gündür xəbər yox idi





A+  A-

İyirmi səkkiz gündür ortalıqda görünməyən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla bağlı sensasion iddia ortaya atılıb.
XəzərNews.az xəbər verir ki, İranın mühafizəkar yönlü qəzeti “Keyhan” ərəb kəşfiyyat xidmətlərindən birinə istinad edərək vəliəhdin ötən ay baş verən çevriliş cəhdində öldürüldüyünü yazıb.

Qəzetin iddiasına görə, Salman saraya hücum zamanı iki güllə ilə öldürülmüş ola bilər.

Hər zaman mediaya açıq olan 33 yaşlı şahzadənin həmin olaylardan sonra gözə dəyməməsi dünyanın da diqqətini çəkib. Belə ki, ABŞ-ın xarici işlər naziri Mike Pompeo ilk dəfə 28 apreldə Riyada səfəri zamanı da şahzadə Salman media qarşısında görünməyib.

Qeyd edək ki, 21 apreldə Riyadda saraya silahlı hücum və inqilaba cəhd xəbərləri yayılmışdı. Lakin daha sonra S.Ərəbistan hökuməti bölgədə icazəsiz uçuş edən dronun vurulduğunu açıqlamışdı. Həmin hadisə zamanı şahzadə saraydan çıxarılaraq hərbi bazaya aparılmışdı.

Xəbər 3042 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +