Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


20.06.2017  14:26 

2.5 kiloqram marixuana tutuldu





A+  A-

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
XəzərNews.az xəbər verir ki, narkotik istifadəçisi olan bir nəfər barədə daxil olan məlumatın doğruluğunu yoxlamaq üçün yaradılan əməliyyat qrupu həmin şəxsin ünvanını dəqiqləşdirərək əməliyyat-axtarış tədbirlərinə başlayıb. Rayonun S.Vurğun küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Eldar Çumarinin yaşadığı mənzilə baxış zamanı oradan qurudulmaq üçün sərilmiş narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Ekspertiza tərəfindən narkotik vasitənin ümumi çəkisi 2,5 kiloqram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

Xəbər 3222 dəfə oxunub.



10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +