Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub
Gəmi qəzaya düşdü, ölənlər var


06.06.2017  13:42 

Ziya Məmmədovun oğlu biznes aktivlərindən daha birini əldən verdi





A+  A-

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bir vaxtlar iqtisadiyyatın az qala bütün sektorlarına sirayət etmiş ailə biznes imperiyası sürətlə sökülməkdədir və belə görünür ki, məmmədovlar klanının iqtisadiyyatda mövcudluğu tamamilə aradan qalxmaqdadır. Bu klanın əlindən çıxan növbəti biznes aktivi isə məşhur KFC restoranları şəbəkəsidir.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, KFC restoranlarını idarə edən və Ziya Məmmədovun ailə biznes imperiyasını birləşdirən “Garant Holding”in portfelinə daxil olan “AFK” şirkəti mülkiyyətçisini dəyişib. Bu şirkətin sahibi hazırda ölkənin iri holdinglərindən olan “Gilan Holding”dir. “AFK” şirkətinin “Gilan Holding”in portfelinə daxil olduğu barədə məlumat holdingin saytında yer alır.



Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

Şəbəkə «Garant Holding»ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.



Xatırladaq ki, “Garant Holding”ə Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edirdi. O, neçə vaxtdır ki, Azərbaycandan gedib və Londonda yaşayır. “Garant Holding”in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb.

Xəbər 3715 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +