Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


22.08.2025  11:10 

Laqeyd yanaşma faciə ilə nəticələndi





A+  A-

Yol hərəkəti qaydalarına laqeyd yanaşmanın nəticəsi növbəti dəfə faciə ilə yekunlaşıb. Müəyyən edilməmiş yerdən yolu keçməyə cəhd edən piyada və düzgün ara məsafəsi saxlamayan sürücünün məsuliyyətsiz davranışı insan həyatının itirilməsi ilə nəticələnib.

XəzərNews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, qaydalara riayət etməklə yalnız özünün deyil, eyni zamanda, digər insanların da təhlükəsizliyini qorumuş olur.

"Piyadaların yolu yalnız müəyyən olunmuş yerlərdən - piyada zolaqlarından, yeraltı və yerüstü keçidlərdən keçməsi, sürücülərin isə yol şəraitinə uyğun sürət seçməsi və ara məsafəsini saxlaması qanunun tələbidir. Bu tələblərə əməl edilməməsi isə ağır nəticələrə gətirib çıxarır".

BDYPİ bir daha xatırladıb ki, piyadaların yolun istənilən hissəsindən keçməsi həyat üçün ciddi təhlükə yaradır. Keçidə daxil olmazdan əvvəl mütləq şəkildə yol vəziyyətini dəyərləndirmək, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və dayana bilmə imkanlarını nəzərə almaq lazımdır. Yolu qəfil və ya gözlənilmədən keçməyə çalışmaq həm piyada, həm də sürücülər üçün böyük risk yaradır.

"Yolu keçərkən diqqətinizi tamamilə hərəkətə yönəldin. Mobil telefondan, qulaqlıqlardan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməyin. Hətta piyada keçidindən istifadə etdiyiniz halda belə, yalnız sürücünün sizi gördüyünə və dayana biləcəyinə əmin olduqdan sonra yolu keçin.

Unutmayın: təhlükəsizlik yalnız sürücülərdən deyil, həm də piyadaların diqqətindən və məsuliyyətindən asılıdır. Qaydalara əməl etməklə siz həm özünüzü, həm də ətrafınızdakı insanların həyatını qoruyursunuz", - deyə BDYPİ-nin məlumatında qeyd olunub.

https://baku.tv/embed/215862

Xəbər 880 dəfə oxunub.




12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +