Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


15.04.2025  12:47 

Sabiq deputatdan AMEA prezidentinə ağır ittiham: Tədqiqatlarımı oğurlayıb tədbir keçirdiniz





A+  A-

Azərbaycanda elmin populyarlaşdırılması ideyasının müəllifi mənəm. Bu istiqamətdə 500-dən çox məqalə və 200-ə yaxın kitabın təqdimatını aparmışam. Xüsusi kitabxana qurmuşam. Bu işə baş qoşmayın, sizlik deyil... Bu ideyanı da basdıracaqsınız.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə sabiq millət vəkili, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev çıxış edib.

E.Əliyev bildirib ki, Nobel mükafatçıları tədqiqatlarımı da oğurlayıb tədbir keçirdiniz:

"Tərbiyəm imkan vermir ki, sizə ayıb olsun deyim! Bəlkə bilmirsən, UNEC-də ictimai əsaslarla yaradılmış "Elmin populyarlaşdırılması" Mərkəzinin direktoru kimdir? Biz Elmin populyarlaşdırılması istiqamətində maarifçilik missiyasını həyta keçirmək üçün Mingəçevirdə, Lənkəranda və Gəncədə məktəblərdə və universitetlərdə görüşlər keçirmişik. Bunu necə görməmisiniz? Elm və təhsil naziri E. Əmrullayev sizləri haqlı olaraq plagiatlıqda və ideya oğurluğunda qınayır".

Qeyd edək ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib. Tədbir çərçivəsində, o cümlədən akademik İsa Həbibbəyli tərəfindən əldə etdikləri elmi nailiyyətlərə və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMEA-nın Fəxri Fərmanı, AMEA-nın Fəxri diplomu, “İlin gənc alimi” diplomu və Təşəkkürnamələr təqdim edilib.


Xəbər 3927 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +