Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


21.07.2023  16:43 

“Nar” intellektual yarış keçirdi





A+  A-

“Nar”, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 20-dən çox media orqanını təmsil edən jurnalistlər 7 komandada biliklərini yarışdırıblar.

Bu ilki yarışmada iştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə daha yaxından tanışolma fürsəti olub.

Qaliblərin seçimi zamanı həm intellekt yarışının xalları, həm də komanda quruculuğu oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiyyəti “Ziya” komandası qazanıb, “Yeni Həyat” komandası 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.

“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/projects/ .





Xəbər 2716 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +