Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


21.11.2021  13:41 

Bu deputat da dövlətdən kirayə pulu alır





A+  A-

Şəkidən deputat olan Vüqar İskəndərovun adı da kirayə pulu alanlar siyahısındadır.

XəzərNews.az xəbər verir ki, reportyor.info araşdırıb ki, deputat 1996-cı ildə karate üzrə Dünya kubokunda bürünc medal qazanıb. Həmçinin, 2003-də Şotokan karate-do üzrə Avropa çempionu olub. Təkcə bu iki nailiyyətdən əldə edilən gəlir kifayətdir ki, deputat mənzil sahibi olsun.

Amma İskəndərov aylıq 220 manat kirayə pulu alırmış. Bu da azmış kimi, deputat maaşı kifayət edir ki, Bakıda kreditlə ev alsın. Yəni ayda 800 manat kredit vermək gücü var.

Deputat nümunə olmalı, aylıq kirayə pulunu Yaşat Fonduna köçürməli, yaxud imkansız ailələrə, qazilərin müalicəsinə dəstək məqsədilə ianə kimi verməliydi.

Bundan əlavə, Şəkidə gənclər və idman idarəsinin rəisi işləyib. Ona görə ev sahibi olmaması şübhəli görünür.

Qeyd edək ki, hüquqşünas Günel Səfərovanın sözlərinə görə, kirayə pulu alan deputatlar arasında “Port Baku”da qalanlar da var.

Xəbər 5813 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +