Qətərli diplomatlar Misirdə öldülər
Quterreş Qəzza üçün Misirə gedəcək
Pakistan qırıcıları havaya qaldırdı: Müharibə başlayır?
Bu vilayətdə döyüşlər intensivləşib
Azərbaycan Sülh Sammitinə dəvət olunub
Şəmşad Ağaya ağır itki üz verib
Terror aktı, yaralılar var
Tanınmış aktyor vəfat etdi -FOTO
“Antalyaspor” klubunun yeni baş məşqçisi oldu
Netanyahudan İrana məktub


15.04.2021  11:22 

Azərbaycanda ətraf mühitə davamlı pambıq sortları yaradılacaq





A+  A-

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu xəstəliklərə, quraqlığa və şoranlığa davamlı mutant pambıq sortları yarada biləcək.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə reallaşdırılmış layihə əsasında İnstituta hədiyyə edilən avadanlıqların köməyi ilə mümkün olacaq. 150 min avrodan artıq dəyərə malik avadanlıqlar molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsinə imkan verəcək.

Bununla yanaşı, pambıq sortlarının iqlimin qeyri-əlverişli şəraitinə qarşı davamlılığını vizual qiymətləndirmə bəzən yanlışlıqlara səbəb olduğu üçün yeni avadanlığın DNT analizi aparmaq xüsusiyyətlərindən istifadə ediləcək.

Aqrar Kredit və İnkişaf Agentliyinin AEBA ilə əməkdaşlıq əsasında həyata keçirdiyi “Xəstəliklərə, quraqlığa və duzluluğa davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsinin məqsədi quraqlıq və şoranlaşmaya, xəstəliklərə dözümlü, məhsuldar yeni pambıq növlərinin yaradılmasıdır. Layihə çərçivəsində mütəxəssislərin hazırlığı istiqamətində bir sıra addımlar atılıb, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər, təcrübə mübadilələri reallaşdırılıb, mütəxəssislər xaricdə təlim keçmək imkanı qazanıblar.

Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanda nüvə texnologiyası tətbiq etməklə pambıqçılıqda məhsuldarlığın inkişaf etdirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında “Nüvə enerjisindən və digər üsullardan istifadə etməklə Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida Maddələri və Su ilə bağlı Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrinin (GAP) gücləndirilməsi” layihəsinin həyata keçirilməsi də nəzərdə tutulub.

Xəbər 4151 dəfə oxunub.




12.10.2025  01:26 

Terror aktı, yaralılar var

12.10.2025  01:23 

Tanınmış aktyor vəfat etdi -FOTO

12.10.2025  01:11 

Netanyahudan İrana məktub

12.10.2025  00:46 

Bu ərazilərdə işıq olmayacaq

11.10.2025  20:07 

Güclü zəlzələ, bu ölkədə


BÜTÜN XƏBƏRLƏR +