Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


05.10.2020  09:57 

BQXK Ermənistanın hücumlarını pislədi





A+  A-

“Dağlıq Qarabağ münaqişəsi gərginləşdikcə, əhalinin yaşadığı ərazilərə ağır partlayıcı silahlardan istifadə ilə edilən hücumların artması mülki əhalinin ölümünə səbəb olur”.
Bu barədə XəzərNews.az-a Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) məlumat daxil olub.

“BQXK, mülki şəxslərin həyatlarını itirdikləri və dəhşətli yaralanmalara məruz qaldıqları böyük şəhərlərdə, qəsəbələrdə və digər yaşayış yerlərində fərq qoymayan mərmi və digər partlayıcı silahdan istifadə edərək həyata keçirilən və qanunsuz olduğu iddia edilən hücumları qətiyyətlə pisləyir.

Mülki şəxslər və xəstəxanalar, məktəblər və bazarlar kimi mülki infrastrukturu qorumaq və fərqləndirmək üçün bütün mümkün tədbirlər görülməlidir. Mülki şəxslərin su təchizatı da müdafiə olunmalıdır. Bu, beynəlxalq humanitar hüquqa görə götürülmüş öhdəlikdir”, - deyə BQXK-nın Avrasiya üzrə Regional Direktoru Martin Şüepp məlumat verib.

Bölgədəki sentyabrın 27-dən bəri davam edən döyüşlərin nəticəsində təmas xəttinin hər iki tərəfində çoxlu sayda mülki şəxsin öldüyü və yaralandığı bildirilir. Son günlərdə əhalinin məskunlaşdığı ərazilərdə ağır və partlayıcı silahların istifadəsi artıb. Yüzlərlə ev və xəstəxanalar, məktəblər kimi əsas infrastruktur ağır artilleriya atəşləri və raketlər daxil olmaqla hava hücumları nəticəsində dağılmış və ya zədələnib. Yol, elektrik və qaz təchizatı, kommunikasiya şəbəkələri də zədələnib. Təhlükəsiz sığınacaq axtaran ailələr yaşayış yerlərini tərk edir, digərləri isə qızdırılmayan zirzəmilərdə gecə və gündüz sığınıb. Yaşayış məntəqələrində yerləşən hərbi obyektlərə qarşı geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsi, fərq qoymayan və qeyri-mütənasib hücumları qadağan edən beynəlxalq humanitar hüquqa zidd sayıla bilər.

BQXK hesab edir ki, təsirin və mülki şəxslərə dəyə biləcək ziyanın nəticələrinin məhdudlaşdırması yönündə lazımı tədbirlər görülmədiyi halda geniş təsir sahəsi olan partlayıcı silahların istifadəsindən qaçılmalıdır.

Xəbər 3733 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +