Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


26.08.2019  19:36 

Sünnət toyunda kütləvi zəhərlənmə





A+  A-

Ağdaşda keçirilən sünnət toyunda kütləvi zəhərlənmə olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən XəzərNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə avqustun 24-də qeydə alınıb.

Belə ki, həmin gün axşam saatlarında Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə “Qida zəhərlənməsi” diaqnozu ilə bir nəfər körpə, 6 nəfər azyaşlı uşaq və 3 nəfər böyük olmaqla, ümumilikdə 10 nəfər şəxs daxil olub. Məlum olub ki, onların hamısı Cardam kəndində təşkil olunmuş sünnət toyunda iştirak ediblər.

Zəhərlənən şəxslərə müvafiq tibbi xidmət göstərilib, 2 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirilərək evə buraxılıb. Digər 8 nəfərin vəziyyətini nəzarətdə saxlamaq məqsədi ilə gecəni xəstəxanada keçirmələri məqsədəuyğun hesab edilib. 25 avqust, 2019-cu il tarixində onlar sağalma ilə evə buraxılıblar.

Faktla bağlı Rayon Prokurorluğuna və Rayon Polis İdarəsinə məlumat təqdim olunub.

Xəbər 2962 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +