Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


15.02.2019  14:09 

İTV-də iki DƏYİŞİKLİK - Yeni departament və şöbə yaradıldı





A+  A-

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda Yayım Şurasının sədri Muxtar İmanov, İTV-nin baş direktoru Balakişi Qasımov və Şura üzvləri Həsən Cəfərov, Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Mirhəsən Seyidov, Sevil Yusifova, eləcə də Şuranın katibi Natavan Bayramova iştirak ediblər.

Toplantı zamanı 2018-ci ilin nəticələri və maliyyə hesabatı, 2019-cu il üçün nəzərdə tutulan planlar, İctimai Televiziya tərəfindən lisenziyası alınmış xarici bədii filmlərin Azərbaycan dilində dublyajının təşkili, yayımlanması və digər cari məsələlər müzakirə olunub.

İclasda həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının daha da yüksəldilməsi məqsədi ilə aparılan dəyişiklik kimi İctimai Radioda “Məzmun Planlaşdırılması” Departamenti və “Məzmun İstehsalı” Şöbəsinin yaradılması məsələsi də diqqətə çatdırılıb.

Xəbər 3076 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +