Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


07.12.2018  18:45 

Reyd keçirildi, sərxoş sürücülər tutuldu





A+  A-

Lənkəranda sürücülər arasında reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib.

Reydin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq idi. Reyd zamanı 20-yə yaxın sürücü barəsində inzibati tədbirlər görülüb ki, onların arasında sərxoş sürücülər də olub. Bununla yanaşı reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb və həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib.

Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək.

Xəbər 3018 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +