Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


06.12.2018  14:19 

Teatrdan Manafovla bağlı daha bir açıqlama





A+  A-

Səməd Vurğun adına Rus Dram Teatrı Xalq artisti Fəxrəddin Manafovun işdən ayrılması barədə verdiyi açıqlamaya münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, teatrın direktor müavini İlham Məmmədov “Qafqazinfo”ya danışaraq məşhur aktyorun ittihamları ilə razılaşmadığını qeyd edib:

“Burada böyük bir problem yoxdur. O, bizim teatrın aktyorudur. Biz Fəxrəddin Manafovu teatra vaxtında dəvət etmişik ki, burada işləsin. Biz onu çıxarmaq üçün işə gətirməmişik ki…Doğrudan da, o, istedadlı şəxsdir.

Manafov açıqlama verib ki, teatr özünü PR etmək üçün onun adını afişalara salır, artıq pul qazanmaq istəyir. Bu, düzgün deyil. Rus Dram Teatrı ən yaxşı teatrlardan biridir. Bizə belə şeylər lazım deyil. Bundan başqa, Xalq artistimiz üçün iki tamaşa təqdim etmişdik. Birini özü istəmədi, digər tamaşada isə səhnəyə çıxdı. Xaricdən rejissor filan da tamaşa üçün dəvət etmişdik. Bu mövzunu uzatmaq nəyə lazımdır”.

Xəbər 3396 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +