Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


07.09.2017  11:17 

Nazirlik araşdırdı – Ağac kəsən 2520 manat ziyan vurub





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu,Nəsimi küçəsində yerləşən “Səma” mebel mağazasının qarşısındakı ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, “Səma” mebel mağazasının qarşısındakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı yaş kök üstə müxtəlif diametrli 4 sərv və 1 Eldar şamı ağacının kəsildiyi məlum olub.

Aparılan araşdırma zamanı həmin ağacların Sabunçu rayonu Qaraçuxur qəsəbə sakini Elnur Ələkbərov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 2520 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nizami rayon Prokurorluğuna göndərilib.

Xəbər 3271 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +