Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


11.02.2017  15:36 

Bazar gününün havası açıqlandı





A+  A-

 

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Şimal küləyi əsəcək. Abşeron yarımadasında gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda isə gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

 



Xəbər 2915 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +