Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


27.03.2024  21:46 

Masallıda həkimlərin iştirakı ilə “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib-FOTOLAR





A+  A-

TƏBİB, Alman-Azərbaycan Tibb Assosiasiyası (DAMV) və Bioloji Təbabət İnteqrativ Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 27 mart 2024-cü ildə Masallı rayonunda “Sağlamlıq körpüsü” layihəsi həyata keçirilib.

Xəzərnews.az xəbər verir ki, layihənin məqsədi Almaniyanın və ölkəmizin nüfuzlu tibb müəssisələrində çalışan müxtəlif ixtisaslı həkim mütəxəssislərin regionlarda fəaliyyət göstərən TƏBİB tabeli tibb müəssisələrində tibbi müayinə və maarifləndirmə həyata keçirməsi, xəstəliklərin erkən aşkarlanması və müalicəsi istiqamətində pasiyentlərin yönləndirilməsi, əhalinin sağlamlığının qorunmasına və effektiv tibb xidmətə töhfə verilməsidir.

Layihə çərçivəsində Almaniyada və Türkiyədə ixtisaslaşmış həkim-oftalmoloqlar, həkim-stomatoloqlar, pediatrlar, ümumi cərrahiyyə və plastik, rekonstruktiv və əl cərrahiyyəsi üzrə mütəxəssislər və həkim-psixiatrlar əhaliyə xidmət göstəriblər.

Tibbi müayinələr Masallı Rayon Mərkəzi Xəstəxanasında, Boradigah qəsəbə sahə xəstəxanası və Masallı Bioloji Təbabət klinikasında baş tutub.

Layihə çərçivəsində həkim mütəxəssislər Boradigah qəsəbə İ. Nağıyev adına 2 saylı tam orta məktəbdə valideynlər və yuxarı sinif şagirdləri ilə də görüşərək tibbi maarifləndirmə istiqamətində iş aparıblar./Azpost.info












Xəbər 2890 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +