Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


07.03.2024  16:24 

13 din xadimi attestasiyadan keçə bilməyib





A+  A-

Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb.

Qeyd edək ki, din xadimlərinin attestasiyası Azərbaycanda ilk dəfə bu il martın 4-6-da həyata keçirilib və 64 din xadiminin iştirakı nəzərdə tutulub. Lakin onlardan 3 nəfəri tələb olunan sənədləri Dövlət Komitəsinə təqdim etməyib. Sənəd vermiş 61 nəfərdən 2-si müəyyən səbəblərdən attestasiyada iştirak edə bilməyib.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin hər beş ildən bir attestasiya edilməsi nəzərdə tutulub.//Report


Xəbər 2529 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +