Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD


15.01.2019  12:54 

Nazirin yaratdığı firma ilə bağlı ŞİKAYƏT: “Razılaşmırsansa avadanlıqlar verilmir...“





A+  A-

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası ilə bağlı daha bir şikayət var.
XəzərNews.az bildirir ki, Unikal.org-a müraciət edən Sumqayıt şəhər sakini Elvin Vəliyev Dövlət Məşğulluq Xidmətinin vətəndaşlara ucuz və lazımsız avadanlıqlar verdiyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proqram üzərində oyun qurduğunu iddia edir:

"Bir başa Dövlət Məşğulluq Xidməti bu proqram vasitəsi ilə külli miqdarda vəsait mənimsəyir. Özünüməşğulluq proqramı çərçivəsində keçirilən təlimlərə qoşuldum.Təlimdə hər kəs özünə uyğun biznes layihə təqdim edib, müdafiə etməli idi.Layihədə müəyyən avadanlıqlar var.Kim hansı biznes layihəsini qurmaq istəyirsə öz istəyinə uyğun avadanlıqlar istəyir. Amma, Məşğulluq Xidməti isə formal şəkildə avadanlıqlar yazır, kim buna etiraz etsə, həmin insanı hədələyirlər. Məşğulluq Xidməti ilə razılaşmayan təlim işçiləri layihədən uzaqlaşdırılır.

Məsələn, mən istədiyim sacın və xəmirqarışdıran avadanlığın ümumi qiyməti 4500-5000 manat idi. Onlar isə mənə ev üçün nəzərdə tutulan sac və 7 kq xəmirqarışdıran avadanlıqlar təklif etdilər. Hansı ki, əllə bundan çox xəmir yoğurmaq olar, qiyməti isə 1500 manatdır. Ona görə bu avadanlıqlardan imtina etdim".

Şikayətçi hesab edib ki, Dövlət Məşğulluq Xidmətinin təklif etdiyi avadanlıqla gündəlik ona heç 7 manat qazanc gətirməyəcək: "Onlardan avtoyuma avadanlığı götürdüm.Onu da tam vermədilər. Kompressor yox idi, mən videosunu çəkmişəm. Onun da qiyməti 1500 manatı keçmir.Bu layihə başlayan kimi nazirlik "Aznest" firması yaradıb.Bütün bu proqramı da onlara həvalə edib.Həmin şirkətin yeri yoxdur, ünvanını belə gizlədirlər.Elə bir sistem yaradıblar ki, kim razılaşmasa onlara avadanlıqlar verilmir. Onlar özünəməşğulluqla bağlı təlimlərdə iştirak etməyən şəxslərə də avadanlıqlar verirlər. Ancaq öz yaxın adamlarının adına heyvanlar, avadanlıqlar rəsmiləşdirirlər.Yazılan məbləğlə avadanlıqların qiymətində böyük fərq var.Mən işsiz kimi qeydiyyata düşə bilmədim, ünvanlı sosial yardım vermədilər. Məcbur qalıb ölkəni tərk etdim. Çox təəssüf edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab prezidentin vətəndaşların dolanışığını yaxşılaşdırmaq üçün atdığı addımdan sui istifadə edir. Onlar bu layihəni icra etməkdən daha çox külli miqdarda vəsait mənimsəyi düşünürlər".



Xəbər 1044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.06.2024  13:23 

“Ölü leyləklər”- (hekayə)

29.06.2024  13:04 

Sabahın havası AÇIQLANDI

29.06.2024  10:40 

Xatun gözəllikdən yazdı

28.06.2024  18:16 

Nəsrin Cavadzadə Bakıda -Fotolar

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib


BÜTÜN XƏBƏRLƏR +