Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyuldu
Hərbi xidmət müddəti 6 ay azaldılır
Tramp BBC-ni məhkəməyə verəcək?
İmamoğluna 2352 il həbs cəzası veriləcək?
“Kurtlar Vadisi“nin Elifi ölümdən döndü
Qalmaqallı estetik mərkəzilə bağlı cinayət işi açıldı
Nəsimi rayonuna yeni icra başçısı təyin edilib
Qaxa da yeni İcra başçısı təyin olundu
Kürdəmirin İcra başçısı vəzifəsindən azad edilib
Göyçayın İcra başçısı Balakənə təyin olundu


05.11.2025  09:55 

Rüşvətə şərti cəza: Qanun ədalət yox, mərhəmət alətinə dönəndə...





A+  A-

Bu hadisə, Azərbaycan hüquq sistemində korrupsiya ilə mübarizənin reallıqları ilə onun formal səviyyədə aparılması arasındakı uçurumu aydın göstərir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatı nəticəsində (may, 2024) Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzinin, direktor müavini Yadulla Balışovun və laboratoriya müdiri Tahir Vəliyevin külli miqdarda rüşvət almaqda təqsirləndirilməsi ilk baxışda ciddi hüquqi addım təsiri bağışlayır. Lakin nəticə bu təsiri tamamilə alt-üst edir.

Təqsirləndirilən şəxslərin saxlanılmasına baxmayaraq, təcridxanaya göndərilməməsi və sonda 9 il şərti cəza ilə azadlıqda qalması cəmiyyətə açıq mesaj verir: qanunun qarşısında bərabərlik prinsipi kağız üzərində qalır.

“Yaş və xəstəlik” kimi humanist səbəblər hüquqi baxımdan nəzərə alına bilər, amma bu səbəblər ictimai vəzifə daşıyan şəxslərin korrupsioner davranışlarını yumşaltmağa çevriləndə artıq qanun ədalət yox, mərhəmət alətinə dönür. Xüsusən də pandemiya dövründə sanitar və səhiyyə strukturlarında rüşvət mexanizmləri ilə bağlı faktlar üzə çıxarkən belə bir qərar, dövlətin vətəndaşa verdiyi “biz sizi qoruyuruq” vədini mənasızlaşdırır.

Ən ironik detal isə hökmü oxuyan hakim Rasim Sadıqovun bu işi yekunlaşdırıb təqaudə çıxmasıdır. Bu, hüquq sistemindəki “hesabatdan qaçış” psixologiyasını təcəssüm etdirir. Sanki ədalətə son nöqtəni qoyan deyil, növbəti günü rahat pensiya həyatı gözləyən bir məmur obrazı var.

Məhkəmə zalı ədalət məkanı yox, bir növ formal prosedurun teatr səhnəsinə çevrilir: hamı öz rolunu oynayır, sonda pərdə bağlanır, tamaşa bitir.

Bu hadisə təkcə üç şəxsin və ya bir hakimin məsuliyyətindən ibarət deyil.

Korrupsiyaya qarşı əməliyyatların məqsədi cinayəti sənədləşdirmək yox, onu doğuran mühiti dəyişmək olmalıdır. Əks halda, hər “şərti hökm” cəmiyyətə bir mesaj ötürür: qanunu pozmaq mümkündür, yetər ki, yaşlı və ya “xəstə” olasan.

N.Oruclu
XəzərNews.az


Xəbər 1946 dəfə oxunub.




12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün

12.11.2025  11:09 

72 klinikada nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +