Bakıda 16 yaşlı qız təhsildən kənarda qalıb?
“Şamaxinka”da tıxac aradan qaldırılacaq?
Özünü güllələyən DSX əsgərinin komandiri azadlıqda
“AzNar“ zavodu müflis olmaq təhlükəsi ilə üz-üzədir
Kiberpolis əməliyyat keçirdi, saxlanılanlar var
Hikmət Hacıyev Brüsseldə mühüm görüşlər keçirib
“Lake Hotel”dəki faciənin Mehdiyevlə nə əlaqəsi?
Tələbə xərçəngdən vəfat edib
Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub


25.11.2025  18:01 

RUSİYADA AZƏRBAYCANLI İŞ ADAMININ LİMANI VƏ ŞİRKƏTLƏRİ ƏLİNDƏN ALINDI





A+  A-

Krasnodar diyarının Arbitraj Məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək Tuapse Dəniz Ticarət Limanı və ona bağlı daha üç strateji müəssisəni dövlət mülkiyyətinə keçirib.

XəzərNews.az kommersant-a istinadən xəbər verir ki, bu aktivlərə sahib olan azərbaycanlı iş adamı Şahlar Novruzov “etnik təşkili cinayətkar qruplaşmanın üzvü” kimi təqdim olunur və hazırda “xüsusilə böyük məbləğdə dələduzluğa cəhd” ittihamı ilə həbsdə saxlanılır.

Məhkəmənin qərarı ilə aşağıdakı şirkətlər müsadirə olunub:

– “Tuapse Marine Commercial Port” MMC (TMCP)
– “TMCP Enterprise” MMC
– “Dar Fruit” MMC
– “Temryuk Marine Transshipment Terminal” MMC

Baş Prokurorluğun məlumatına görə, Novruzovun şirkətləri meyvə-tərəvəz məhsullarının rəsmi daşınması ilə yanaşı, qadağan olunmuş malların tranzitini də asanlaşdırıb.

Qurum iddia edir ki, şirkətlərin fəaliyyəti ərzaq təhlükəsizliyi və fitosanitar normaları pozularaq qurulmuş qaçaqmalçılıq sxemləri ilə müşayiət olunub. Bu mallar sonradan Krasnodar diyarında Novruzova məxsus bazarlarda “yerli məhsul” kimi satılıb, gəlirlər isə gizlədilərək xaricə çıxarılıb.

Müsadirə olunan müəssisələrin ümumi kapitallaşması 691 milyon rubldan çoxdur. Şirkətlərin illik gəliri 264,7 milyon rubl, xalis mənfəəti isə 67,1 milyon rubl təşkil edib. Bundan başqa, kadastr dəyəri 383,6 milyon rubl olan 24 liman infrastrukturu obyekti də dövlət mülkiyyətinə verilib. Məhkəmə limanların fəaliyyətinin pozulmaması üçün qərarın dərhal icrasına göstəriş verib.

İstintaqa görə, Şahlar Novruzov 2014-cü ildə TMCP-nin 100% payını alıb və onları Britaniya Virciniya adalarında (BVI) qeydiyyata alınmış Vonixel Limited şirkətinə ötürüb. Lakin bu alış “Xarici investisiyalar haqqında” 57 saylı Federal Qanuna uyğun şəkildə dövlət orqanlarına bildirilməyib. BVI isə Rusiya hökumətinin 2022-ci il qərarına əsasən “qeyri-dost ölkə” statusunda olduğundan, strateji infrastrukturun belə bir yurisdiksiyaya məxsus şirkət tərəfindən alınması qanunsuz sayılıb.

Sonrakı illərdə Novruzov TMCP Enterprise MMC-ni də əldə edib, lakin bu əməliyyatlar üçün Federal Antiinhisar Xidmətinə müraciət etməməsi səbəbindən sövdələşmələr etibarsız elan olunub.

2024-cü ildə Novruzov TMCP-nin 100% payını geri qaytarmaq üçün Krasnodar məhkəməsinə saxta sənədlərlə müraciət edib. Polis tərəfindən aşkarlanan faktlar əsasında o, Rusiya Cinayət Məcəlləsinin 159.4 və 30-cu maddələri ilə böyük miqyaslı dələduzluğa cəhddə təqsirləndirilir.

Baş Prokurorluğun iddiasına görə, Tuapse limanı yalnız rəsmi yük daşımalarında deyil, həm də qadağan olunmuş malların ölkəyə keçirilməsi üçün istifadə olunub. Bu səbəbdən qurum iddianın məhkəmədə təcili baxılmasına nail olub.

Xəbər 1028 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.11.2025  09:32 

Tələbə xərçəngdən vəfat edib

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir


BÜTÜN XƏBƏRLƏR +