Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


27.11.2021  21:21 

Əlləriniz və ayaqlarınız niyə üşüyür?





A+  A-

Xüsusən payız və qış aylarında havaların soyuması ilə əl və ayaqlarda üşümə müşahidə olunur. Bu, qan dövranının zəif olması, qan azlığı, qalxanabənzər vəzinin disfunksiyası, sinir sisteminin pozulması, B12 vitaminin çatışmazlığı, siqaret çəkmək, diabet, uzun müddət hərəkətsiz qalmaq kimi bir çox problemdən qaynaqlana bilər.

Əl və ayaqların daim soyuq olmasının qarşısını almaq üçün ilk olaraq bunun hansı şəbədən qaynaqlandığını müəyyən etmək lazımdır. Məsələn, qan azlığı varsa, bədənin qan və dəmir əskikliyini aradan qaldırmaq üçün qida rasionuna diqqət etmək, maye qəbulunu artırmaq lazımdır.

Üşümə adi səbəblərdən yaranırsa, aşağıdakıları edə bilərsiniz, əks halda həkimə müraciət etməyiniz tövsiyə olunur.

İdman etmək:

Əlləri və ayaqları sağa-sola, dairəvi hərəkətlər etdirərək qan dövranını sürətləndirə bilərsiniz.

Masaj etmək:

Ayaqda dabandan başlayaraq barmaqlara, əllərdə isə ovuca tətbiq olunan masaj üşümənin qarşısını alacaqdır.

Qidalanma:

Qan dövranın sürətləndirən, qan artıran qidalara üstünlük verin. Siqaret və alkoqol kimi ziyanlı içkiləri su və ya çay kimi mayelərlə əvəzləyin. Balıq, nar, çuğundur, kök, balqabaq, ət, portağal, qurudulmuş meyvələr yeməyə üstünlük verin. A, B, C, D, E kimi bir çox vitamin qəbulu da tövsiyə edilir./Axşam.az

Xəbər 1759 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +