Hakan Fidan Hikmət Hacıyevi qəbul edib
Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Bəylər Əyyubova müavin təyin edilib - Foto
Azərbaycanda bu universitet ləğv olundu
Bakının adamı şikəst edən keçidləri
Qarla bağlı XƏBƏRDARLIQ
Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü
Şəhidin xatirə lövhəsi niyə sökülüb?
Prezident Administrasiyası dəyirmi masa keçirir
Məşhur pivə zavodunun direktoru 4000 manat cərimələndi


04.10.2019  10:32 

Azərbaycandan UEFA-ya ETİRAZ





A+  A-

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın Lyuksemburqda yerli “Düdelanj”a qarşı keçirdiyi oyunda baş verən erməni təxribatına Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da etiraz edib.
XəzərNews.az xəbər verir ki, matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Bu gün qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində “Qarabağ”ın rəqib qapısına vurduğu ikinci qoldan sonra dron vasitəsilə stadiona qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı gətirilib.

Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun İdman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç “Qarabağ”ın 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 1859 dəfə oxunub.



25.02.2025  17:30 

Əli Əsədov yeni qərar İMZALADI

25.02.2025  17:25 

1 milyon TL məni susdura BİLMƏZ

25.02.2025  16:34 

Qarla bağlı XƏBƏRDARLIQ

25.02.2025  15:20 

“Ağsu” mehmanxanası bağlandı

25.02.2025  14:58 

Müjde Ar qəza keçirdi


BÜTÜN XƏBƏRLƏR +