“Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - Video
Məzahir Pənahov seçicilərə çağırış ETDİ
İlham Əliyev səs verdi
Xırdalana gedənlərin NƏZƏRİNƏ!
Rusiya səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI
Limonad sexində reyd - Tələblər pozulub
XİN adından saxta məlumatlar yayılır
Yeddi yaşlı azərbaycanlı Fransanın məşhur KLUBUNDA -VİDEO
Niyə “Sülh kəsişməsi“ layihəsi reallaşmir?!
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi


31.05.2022  16:23 

Partiya sədri: “Kişilərdə impotentlik olur, qadına zövq vermir“





A+  A-

"Boşanmış qadın və kişilər digər ailələrin dağılmasına səbəb olur".

XəzərNews.az xəbər verir ki, bunu Cebhe.info-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu son aylarda kişilərin zorakı şəkildə övladlarının anasını evdə, küçədə, ictimai yerdə qətlə yetirməsindən, qadın qətllərinin artmasından danışarkən deyib.

O bildirib ki, belə qurulan ailələrdə təkcə fiziki zorakılıq olmur, əmlak problemləri, uşağın tərbiyəsində ciddi nöqsanlar da yaranır:

"Boşanmış ailələr digər ailələr üçün təhlükə yaradır. Çünki həm boşanmış kişi, həm də qadın ailəli qadın və kişilərə yaxınlaşırlar. Beləliklə, onların ailələrində problemlər yaranır. Belə şəxslərdə ən çox seksual münasibətlər önə çıxır. Bu hal dağılmamış ailələrin dağılması üçün zəmin hazırlayır. Nüvə reaksiyası kimidir. Bir ailə dağılır, həmin ailə digər iki ailənin dağılmasına səbəb olur. İki ailə də bir neçə ailənin dağlmasını sürətləndirir. Cəmiyyətdə dul insanların sayının artması ailələrin dağılmasının ən böyük təhlükələrindən birinə çevrilir. Xüsusən də indiki virtual şəbəkənin imkan verdiyi şərait evdən çıxmadan da hər cür qeyri-normal münasibətlər qurmağa imkan verir. Tutaq ki, hansısa qadın evdə otura-otura istənilən kişi ilə əlaqə yarada bilir. Bu da sonda ailələrin dağılmasına gətirib çıxardır".

Partiya sədri belə ailələrdə yaranan münaqişələrdən, qətllərə aparan səbəblərdən danışıb:

"Ailələrin dağılmasının əsas səbəblərdən biri seksual uyğunsuzluqdur. Ailələrə buna görə psixoloji yardım göstərilməldir. Kişilərdə impotentlik də, başqa problemlər də olur. Bəzən qadına lazım olan zövqü vermir. Təbii ki, bu da yaşanmamış həyat kompleksi yaradır. Bəzi qadınlar təlabatlarının ödənilməsi üçün kənarda yollar axtarırlar. Bir çoxları ailə qurarkən heç düşünmürlər. Bir müddət sonra ailə qurduqları şəxslər gözlərindən düşür. Boşanmaların əksəriyyəti xəyanətlə müşayiət olunur. Səbəblər çoxdur. Azərbaycanda son vaxtlar ailə institutunda çox ciddi böhranlar var. Ötən il ölkəmizdə boşananların sayı evlənənlərin sayından çox olub. Bunların çox ciddi səbəbləri var. Sosial-iqtisadi, mənzil, mənəvi-psixoloi problemlər də buraya daxildir. Adamlar real şəkildə evlənmək vəziyyətinə gəlib çatmamış ailə həyatı qururlar. Ya da ailə qurarkən başqa məsələləri nəzərdə tuturlar".

Sərdar Cəlaloğlu vəziyyətdən çıxış yolu kimi cəmiyyətdə mənəvi-əxlaqi tərbiyəni gücləndirməyin lazım olduğunu bildirib. Onun fikrincə, insanlara hədə-qorxu gəlməklə, cəzalandırmaqla onları nədənsə çəkindirmək olmaz:

"Azərbaycanda intiharların sayı da artıb. Bu da özünə qarşı zorakılıq deməkdir. Bu, onu göstərir ki, təkcə qadınlara qarşı zorakılıqdan söhbət gedə bilməz. Azərbaycanda ümumiyyətlə, zorakılığa qarşı psixoloji iş aparılımır. İnsanların tərbiyəsi ilə bağlı ciddi iş getmir. Əksinə, zorakılığa təhrik edən verilişlər yayımlanır. Cəmiyyəti psixoloji cəhətdən sağaltmaq üçün dövlət tərəfindən siyasət həyata keçirilməlidir. Ailələrin qurulması və dağılmaması üçün qarşıya daha ciddi şərtlər qoyulmalıdır".


Xəbər 1814 dəfə oxunub.




29.01.2025  10:32 

Qubada kişi dəm qazından BOĞULDU

29.01.2025  10:29 

Yasamalda 5 otaqlı ev YANIB

29.01.2025  10:18 

Ceyhun Bayramov Türkiyəyə GETDİ

29.01.2025  09:56 

İlham Əliyev səs verdi

29.01.2025  00:52 

Bu gün Azərbaycanda seçkilərdir

28.01.2025  17:21 

5 ildən sonra üzə çıxdı -Foto


BÜTÜN XƏBƏRLƏR +