Millimizin kapitanı narkotikdən tanınmaz hala düşdü - VİDEO
Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq
Güneyli məktəblilərdən Azərbaycana DƏSTƏK
Hüseyn Abdullayev Prezidentə müraciət ETDİ
Monopolistlər kartof istehsalını necə çökdürür?
Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO


22.06.2021  17:49 

“Ara Ayvazyan əsirlərin qaytarılmasını əngəlləyirdi” - Qriqoryan





A+  A-

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçmiş xarici işlər naziri Ara Ayvazyanı əsirlərin qaytarılması prosesinə mane olmaqda ittiham edib.
XəzərNews.az xəbər verir ki, bu barədə o, "Azadlıq" ("Azatutyun") radiosunda müsahibəsində danışıb:

"Mayın 27-dək əsirlər məsələsi həll olunmamışdı. Ayvazyan bizim tərəfdaşlarımıza deyirdi ki, minalanmış ərazilərin xəritəsi yoxdur. Ancaq o istefa verəndən sonra bu məsələ həll olundu və biz xəritələri qarşı tərəfə verdik".

Qriqoryanın sözlərinə görə, Ayvazyan nəinki yalan danışdı, həm də əsirlərin geri qaytarılması prosesini əngəllədi. O, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək istəyi olmadığını və yalnız prezident səlahiyyətlərini icra edən Nikol Paşinyanın siyasi komandası üçün problem yaratmağı hədəflədiyini bildirib.

"Bizdə suallar yaranır, nə üçün problem uzun müddət həll edilmədi və amma o, istefa verib danışıqlarda iştirak etməyi dayandıran kimi həll olundu?", - deyə Qriqoryan qeyd edib.

Ermənistanın əsirlərin geri qaytarılması üçün minalanmış ərazi xəritələrini təhvil verməyə davam edib-etməyəcəyi barədə suala cavab olaraq Qriqoryan bildirib ki, Ermənistan rəhbərliyi istənilən konstruktiv hərəkətə analojit şəkildə cavab verməyə hazırdır.

Xatırladaq ki, Nikol Paşinyan Azərbaycanla sərhəddə vəziyyətin de-eskalasiyasına dair planını elan etdikdən sonra Ara Ayvazyan mayın 27-də xarici işlər naziri vəzifəsindən istefa verib. Ayvazyandan sonra müavinləri Qagik Qalaçyan, Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan istefa veriblər. Sonuncunun istefası qəbul edilməyib.

Xəbər 1833 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +