Moskva nüvə təhlükəsi yaradır - Yermak
Qayınata gəlinə əl qumbarası atdı
Yollarında görünüş məsafəsi məhdudlaşacaq
Minsk razılaşmaları yerinə yetirilsəydi... - Peskov
Poltava vilayətində zəlzələ baş verib
Ruslar Nikolaevi vurdu
“Abxaziyadakı qondarma seçkiləri tanımırıq“ - XİN
Azərbaycanda güclü zəlzələ olacaq?
Nestle şokaladı xarab olduğu üçün endirimdə?
Avropanın öz təhlükəsizliyinə ehtiyacı var - Tusk


01.06.2021  09:36 

Teymur Rəcəbov məğlub oldu





A+  A-

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları keçirilir.
XəzərNews.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov üçüncü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə ikinci dövrədə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Beləliklə, Teymur Rəcəbov mükafatçılar sırasına düşə bilməyib. Qeyd edək ki, birinci dövrənin oyunları heç-heçə ilə başa çatmışdı.

Turnirin qalibi adı uğrunda isə M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə qarşılaşması davam edir. Şahmatçılar arasında keçirilən ikinci dövrənin oyunları da heç-heçə ilə başa çatdığı üçün rəqiblər tay-brekdə qarşılaşmanı davam etdirirlər.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Xəbər 1587 dəfə oxunub.



16.02.2025  16:47 

Ruslar Nikolaevi vurdu

16.02.2025  09:57 

Ceyhun Bayramov Serbiyaya GETDİ

15.02.2025  16:19 

Əməkdar jurnalist vəfat ETDİ

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək


BÜTÜN XƏBƏRLƏR +