Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?


03.04.2021  19:36 

“İkinci dozadan sonra qoruyuculuq 50- 53 faizdir”





A+  A-

“COVİD-19-a qarşı peyvənd insanı bu virusa yoluxmadan 100 faiz qorumur, amma onu ölümdən qoruyur”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, birinci doza peyvənd vurdurmuş şəxslər özlərini qorumurlar. Bu yanaşmanın tamamilə yanlış olduğunu açıqlayan həkim qeyd edib ki, peyvəndin ilk dozasından sonra orqanizmdə yaranmış qoruyuculuğun səviyyəsi çox aşağı olur. Peyvəndin ikinci dozasından sonra isə yoluxmadan qoruyuculuq 50- 53 faiz olur: “Peyvənd insanı xəstəliyi ağır keçirmədən və ölümdən 100 faiz qoruyur. Peyvəndləmənin məqsədi də ölüm hallarını azaltmaq, xəstəxanalarda yatışların sayını və yoluxma riksini azaltmaqdır”.

F.Sədirov qeyd edib ki, vaksinləşdirmə pandemiyanın bitməsinin yeganə yoludur: “Bəzi ölkələr peyvəndi ya heç əldə edə bilmirlər, ya da az əldə edirlər. Biz bu baxımdan avantajlı ölkəyik. Peyvəndləmə uğurlu şəkildə davam edir”.

Xəbər 2645 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +