Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?


02.04.2021  09:32 

“Rusiya vəziyyəti mütəmadi olaraq ağırlaşdırır” - Ukrayna XİN-dən bəyanat





A+  A-

“Rusiya Donetsk və Luqansk bölgələrində, eləcə də, Krımda təhlükəsizlik situasiyasını mütəmadi olaraq ağırlaşdırır, atəşkəsə sadiqliklərinə zidd mövqe sərgiləyir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Rusiyanın indiki eskalasiyası sistemlidir və son illərin ən genişhəcmlisidir:

“Rusiyanın davranışı vəziyyəti çıxılmaz nöqtəyə gətirib. Tək çıxış yolu diplomatiyadır.

Moskva intensivləşən hərbi gərginliyi dayandırmalı, dərhal və qeyd-şərtsiz münaqişənin həllinə dair siyasi-diplomatik vasitələrə sadiqliyini təsdiqləməli və atəşkəslə bağlı mövqe sərgiləməlidir”.

Bəyanata əsasən, Ukrayna Almaniya və Fransa ilə birlikdə Normandiya dördlüyü olaraq Rusiyanı danışıqlarda konstruktiv iştiraka cəlb etmək üçün çalışırlar:

“ABŞ, Kanada, Böyük Britaniya və NATO daxil olmaqla, digər tərəfdaşlarımız da Rusiyanın danışıqlarda iştirakında maraqlıdır”.

Vurğulanıb ki, Ukrayna münaqişənin həllində siyasi-diplomatik vasitələrə üstünlük verir, çünki sülh və insan həyatı Ukrayna dövləti üçün əsas dəyərdir.

Xəbər 1305 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +