Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?


04.09.2020  20:37 

Otellər qarşısında qoyulmuş bu iki tələb ləğv edildi





A+  A-

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçməli idi.

Bundan başqa, COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış (sonuncu COVID-19 testinin nəticəsinin neqativ çıxdığı tarixdən minimum 14 gün keçməlidir), lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, habelə testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

Yeni dəyişikliklə hər iki tələb ləğv edilib.

Xəbər 2265 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +