Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?


03.09.2020  10:54 

“Ermənistanın bunun üçün ən azı növbəti 29 ilə ehtiyacı var” - XİN





A+  A-

“Təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin bu ilin 2 sentyabr tarixində mətbuat konfransı zamanı səsləndirdikləri fikirləri şərh edərkən deyib.

“Ceyhun Bayramovun Moskva XİN-də mətbuat brifinqində söylədiklərini yəqin ki, Ermənistan tərəfi yaxşı dinləyib; belə ki, nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların sənəd və qətnamələrinə əsaslandığını və münaqişənin sülh yolu ilə həlli çərçivəsində Azərbaycanın ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruri olduğunu vurğulayıb. Bu, Azərbaycanın dəyişilməz mövqeyidir və münaqişənin tənzimlənməsi üzrə aparılan istənilən danışıqların məğzini məhz Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması təşkil etməlidir.

Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf rayonlarından Ermənistanın işğalçı qüvvələri çıxacağı təqdirdə, nə atəşkəsə, nə onun möhkəmləndirilməsinə, nə də araşdırma mexanizminə ehtiyac qalmayacaq.

Görünən odur ki, Ermənistan yenə də riyakarlıqla məşğuldur. Bir tərəfdən sülh prosesindən danışdığı halda, digər tərəfdən iki ölkənin sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın ardınca təmas xəttində sabotaj aktı törətməyə cəhd edib, Azərbaycan şəhərlərinin bombalanması hədələri ilə çıxış edib və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirməkdədir.

Bundan əlavə, Ermənistan Baş nazirinin və Xarici İşlər nazirinin danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməsi və heç bir hüquqi, siyasi əsası olmayan iddialarla çıxış etməsi danışıqların pozulması məqsədi daşıyır.

O ki qaldı, Ermənistan XİN-in mətbuat katibinin Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə, Azərbaycanın diplomatik potensialına dair fikir bildirilməsinə, qısa şəkildə onu deyə bilərəm ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və Azərbaycan diplomatları bu siyasəti layiqincə həyata keçirirlər. Tarixən digər dövlətlərin xarici siyasətində bir alət olan, 29 illik müstəqillik dövründə belə müstəqil siyasət yürütməyin nə olduğunu bilməyən Ermənistanın diplomatik potensial əldə etmək üçün ən azı növbəti 29 ilə ehtiyacı var”, -deyə XİN rəsmisi bildirib.



Xəbər 2062 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +