Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?


28.04.2017  15:51 

At əti satmaq istəyən daha bir nəfər tutuldu





A+  A-

25 aprel 2017-ci il tarixində Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.
XəzərNews.az xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinin müraciəti əsasında Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş, avtomobilin yük yerinə necə gəldi yığılmış, antisanitar şəraitdə daşınan, üfunətli iy verən, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq baxışından keçməyən dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Avtomobildə aşkar olunan şaqqalara bölünən at cəmdəyi isə müayinələr başa çatana kimi Qəbələ Rayon Baytarlıq İdarəsinin soyuducu kamerasına yığılaraq, müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, İsmayıllı rayonunun Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq aprelin 28-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə kütləvi informasiya vasitələrinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Xəbər 1472 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +