Pulsuz dərman vasitələri ilə bağlı YENİLİK
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı
Azərbaycanlı azarkeşlər: “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara”
Polkovnik və eks-bölmə müdiri həbsdən buraxıldı
Onlarla məzunun diplomu niyə tanınmır? - VİDEO
Dövlət qurumlarında maaş problemi - Bunu kim edir?
Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?


28.04.2017  15:29 

“Azərbaycanda 22 nəfər tutulub, ehtiyatlı ol” mesajını kim yazıb?





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Vidadi Əzizov ifadə verərək MTN əməkdaşları tərəfindən saxlanılması və nazirliyin binasında başına gələnlər barədə danışıb.

O bildirib ki, Rusiyadakı İspaniya və Argentina şirkətlərindən gübrə alıb İranda satmaqla məşğul olub: “2012-ci ildə Dubaydan mənim üçün “Zaminbank”a pul göndərmişdilər. Nəriman adlı tanışım 1 milyon dollar pulu götürüb mənə verdi. Onun dostundan aldığım evin pulunu, yəni 300 min manat özünə qaytardım. Qalan pulu maşının baqajına qoyub geri dönəndə MTN əməkdaşları bizi tutdular. Bizi nazirliyə gətirdilər, Mirəziz Əsgərovun otağında məni vətənə xəyanət və İrana casusluq etməkdə ittiham edərək buraxılmağım üçün 300 min dollar aldılar. Məni buraxandan sonra Mirəziz Əsgərov əlavə 100 min dollar da tələb etdi, 40 min verdim”.

V.Əzizov deyib ki, MTN-də onu “SİPAH”ın generalı Cəmşidyan ilə əməkdaşlıq etməkdə ittiham ediblər: “Mən Cəmşidyanı İranda məhsulları satdığım şirkətin rəhbəri, iş adamı kimi tanımışdım. MTN əməkdaşları mənə 1 yox, 20 milyon dollar göndəriləcəyini düşünürdülər”.

V.Əzizov ona dəyən ziyanın ödənilməsini tələb etdiyini bildirib.

M.Əsgərovun suallarına cavab verən V.Əzizov Rusiya, İspaniya, Argentina və İran şirkətləri ilə işləməsinə dair rəsmi sənədi olmadığını deyib.

M.Əsgərov bidirib ki, V.Əzizov İranda saxlanılıb və təsir altına düşüb: “Nihad Əliyev sənə “Azərbaycanda 22 nəfər tutulub, ehtiyatlı ol” məzmunlu mesaj yazmaqla nə demək istəyirdi?”.

V.Əzizov deyib ki, həmin ərəfədə Azərbaycanda ara qarışmışdı: “MTN-də məni İranın xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmaqda, "Eurovision" ərəfəsində Bakıda partlayışlar planlaşdırmaqda ittiham etdilər”.

Polkovnik M.Əsgərov deyib ki, zərərçəkən V.Əzizovun sözlərində ziddiyyət var: “Bu şəxs deyir ki, 674 min pulu, 300 min götürüb qalanını qaytarmışıq, sonra isə 40 min istəmişik. 40 min istəyəcəkdimsə, əlimizdəki pulu niyə ona qaytarırdım?

Bu adam yalan danışır, deyir 2001-ci ildən bizneslə məşğuldur, 18 milyon dövriyyəsi olub. Amma özünün heç bir mülkü olmayıb, bacısının evində yaşayıb. Mən bu gün Vidadi Əzizovun ifadəsi əsasında həbs olunmuşam. Bizdə əməliyyat məlumatları var idi ki, Vidadi Əzizov İranda əməkdaşlığa cəlb olunma şərti ilə buraxılıb, o çirkli pulların yuyulması məqsədilə ölkədən çıxarılmasını öz üzərinə götürmüşdü. Heç kimə sirr deyil ki, Cəmşidyan SİPAH generalıdır. Vidadi Əzizovun bizneslə məşğul olmasına dair sənədləri ona görə yoxdur ki, həmin vaxt İran beynəlxalq sanksiyalar altında idi. Bu səbəbdən şirkətlər qanunsuz işləyirdilər. Buna görə də Vidadi Əzizov üçün pullar İrandan yox, “Ziraatbank” vasitəsilə Dubaydan göndərilirdi. Bizim əməliyyatımızı Moskvada bildilər, ona görə də oradakı adamlar pullarıdan imtina etdilər”.

Məhkəmə prosesi mayın 12-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 8940 dəfə oxunub.




30.01.2025  11:51 

Cahit Bağçıdan vida paylaşımı

30.01.2025  01:32 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +