Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


05.06.2018  14:32 

İTV-nin ikinci şəxsi istefa verdi - Yerinə Murad Hüseynov gətirilir





A+  A-

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Həsən Abdullayev vəzifəsindən gedib.
XəzərNews.az bildirir ki, BakuPost-a daxil olan məlumata görə, o, dünən rəhbərliyə işdən azad olunması üçün ərizə ilə müraciət edib. Onun ərizəsi qəbul edilib.

Məlumat üçün bildirək ki, H.Abdullayev bundan əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin baş prodüseri və ATV-nin vitse-prezidenti olub.

TV-nin yeni rəhbərliyi artıq onun yerinə namizəd də tapıb. Əldə olunan məlumata görə, TV-nin işçisi, yeni rəhbərliyin "Carçı” xəbərlər departamentinə nəzarəti həvalə etdiyi Murad Hüseynov hələ ki bu posta yeganə namizəddir.

Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasından sonra onun baş direktorun müavini vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.

Ümumiyyətlə isə, İTV-nin baş direktorluğu vəzifəsini müvəqqəti icra etməyə başladığı gündən Balakişi Qasımov Murad Hüseynova yüksək etimad göstərib. O, Yayım Şurasının seçimləri rəsmi elan etdiyi günə qədər özündən sonra ən yüksək səlahiyyətləri məhz M. Hüseynova verib. TV-də edilən islahatlardan tutmuş kadr dəyişikliklərinə kimi bütün işlərə adıçəkilən şəxs nəzarət edir.

Görünür, B. Qasımov rəsmən baş direktor elan edildikdən sonra isə onu öz müavini kimi görmək istəyib və namizədliyini irəli sürüb.

Xəbər 1796 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +