ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


04.12.2021  12:31 

Nə gündəsən, Yardımlı?





A+  A-

Sumqayıtda doğulub boya-başa çatsam da, ata-baba yurdum Yardımlıya biganə qala bilmirəm. Yardımlı mənim üçün səcdəgah, həyatımın məğzi deməkdir. Onun uğrunda canımdan keçməyə hazıram. Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadım, ən çox darıxdığım, həsrətini çəkdiyim də Yardımlı oldu…

Bu gün Yardımlının nimdaş görkəmini, sovet dövründən qalan solğun rəngini görəndə ürəyim ağrayır. Rayon mərkəzi şəhərdən çox, baxımsız, səliqə-səhmana ehtiyacı olan bir ucqar kəndə bənzəyir. Sanki bu yerlər insan qayğısına, övlad nəvazişinə həsrət qalıb. Küçələr nəinki abadlaşdırılmlr, hətta təmizlik işlərinə möhtacdır. Necə deyərlər, gördüyüm şəhərlər arasında ən pintisidir. Eh, o qədər problemləri var ki, saymaqla qurtarmaz…

Bu mənzərə hamını narahat edir, hər kəs bunun əziyyətini çəksə də, di gəl ki, insanlar susmağa, laqeyidliyə öyrəşiblər. Sanki hər şey qaydasındadır deyə, heç qımıldanan da yoxdur. Səsini çıxaran bir-iki adamı da az qala “vətən xaini” çıxarırlar…

Bəlkə də ölkədə yeganə yerdir ki, payız-qış mövsümündə buraya qonaq gətirməyə adam utanır. Hoteli bərbad halda, infrastrukturu pis gündə olan ikinci belə rayon tanımıram. Əlbəttə ki, bu problem bu gün yaranmayıb, uzun illərin biganəliyinin nəticəsidir. Fəqət müşahidə edəndə buna qarşı heç bir işin getmədiyinin şahidi olursan. Yəni ev köhnə ola bilər, amma səliqə-səhman olmayanda, həmin ev daha bərbad görkəm alır…

Məmurlar insan kimi çox mehriban və qayğıkeş görünürlər, sanki hamı öz vəzifəsini yüksək səviyyədə icra edir, amma nəticəyə baxanda, heç bir uğurdan söhbət gedə bilməz…

Bilirəm ki, rayondakı işsizlik problemində, kadrların ixtisarında, idarələrin regionlaşdırılmasında, təşkilatların bağlanmasında, pensiyaların kəsilməsində, insanların yoxsul vəziyyətə düşməsində rayondakı məmurların heç bir günahı yoxdur, amma rayonun təmiz saxlanılmamasında, küçələrin abadlaşdırılmamasında günahkar olanları az deyil…

Bəlkə də bu problemləri qaldırmağım, ictimailəşdirməyim kimlərinsə qəlbində mənə qarşı qəzəb, nifrət yaradır. Bəlkə də; sən buranın sakini deyilsən, niyə narahat olursan?- deyə, qınayanlar da tapılar. Amma inanın ki, mən Yardımlıya biganə qala bilmirəm. Yardımlı mənim üçün ən müqəddəs yerdir…

Elman Eldaroğlu

Xəbər 3310 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +