Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


30.10.2023  15:55 

Məktəb direktoru 53 min manat mənimsəyib





A+  A-

Yevlax rayonunun Qaraməmmədli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Xəzərnews.az rayon prokurorluğuna istinadən xəbər verir ki, istintaqla 2019-cu il martın 4-dən 2022-ci il noyabrın 10-dək olan dövrdə qeyd edilən məktəbin direktoru işləmiş Rəşad Əsədovun davamiyyəti olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanmış əmək haqqının öz əməkhaqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Əsədova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər 2460 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +