İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


17.11.2022  18:23 

“Özüm-özümdən ləzzət alıram...“





A+  A-

"Saç əkdirmişəm. Üç ay bundan əvvəl gözlərimin altında torbacıqlar vardı. Onları əməliyyat vasitəsi ilə götürtmüşəm. Özüm-özümdən ləzzət alan insanam. Güzgüyə baxanda saçımın biri səliqəli durmayanda tez su ilə isladıb düzəldirəm. Mən bu cür adamam. Kim bəyənir bəyənsin, kim bəyənmirsə, bəyənməsin".

XəzərNews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "7 canlı" proqramında deyib. İfaçı plastik əməliyyat etdirməsindən danışıb. O bildirib ki, özünü hər zaman gənc görmək istəyir:

"Gözün altındakı torbalar yuxusuz gecələr, əzab-əziyyət nəticəsində əmələ gəlir. Ailə saxlamaq, övlad böyütmək, tərbiyələndirmək, oxutmaq, onların ailələrini qurması var. Bəzən görürsən ki, izləyicilər sosial şəbəkədə şərh yazırlar ki, "Get plastik əməliyyat etdir". Sən dünyadan bixəbər olan adamsan. Bu qədər estetik klinikalar var. Bəs, ora kimlər getməlidir? Elə ifaçı olub ki, gəlmişəm qulağına söz deməyə, dərhal aralaşmışam. Adam, istəyir ona ətir vursun. İnsan özünə baxmalıdır. Estetik əməliyyatlar kişiliklə ölçülmür".

Xəbər 2466 dəfə oxunub.



25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +