Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


28.12.2021  21:33 

Türkmənistan - əsl təzadlar ölkəsi...





A+  A-

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində çıxışı zamanı səsləndirdiyi fikir - “Ölkədə heç kim COVID-19-a yoluxmayıb” fikri hətta Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbər şəxsləri tərəfindən də təbəssümlə qarşılanıb.

Əslində belə bir faktın olmaması qeyri-mümkündür. Heç bir ölkə lideri iddia edə bilməz ki, koronavirus onun ölkəsindən yan keçib.

Sadəcə olaraq Türkmənistanda “koronavirus” sözünü işlətmək rəsmən qadağan edildiyinə görə bu xəstəliyə yoluxma halları ilə bağlı statistika da aparılmır. Ona görə də Berdımuhəmmədova elə gəllir ki, onun ölkəsində kovidə yoluxan yoxdur.

Berdımuhəmmədov hesab edir ki, onlar buna məhz Rusiyanın "COVID-19"-a qarşı peyvəndləri – “EpiVacCorona”, “Sputnik V” və “Sputnik Light” sayəsində nail olublar. Və buna görə də Berdımuhəmmədov bu gün MDB liderlərinin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində çıxışı zamanı hətta Putinə təşəkkür də etdi.

Maraqlıdır ki, Türkmənistanda "koronavirus" sözü qadağan edilsə də, ancaq bu ölkədə maska rejimi tətbiq edilib, ticarət, ictimai iaşə və nəqliyyatın işinə də müəyyən məhdudiyyətlər qoyulub.

Bir sözlə, Türkmənistan əsl təzadlar ölkəsidir.

Bəybala Mirzəyev
XəzərNews.az


Xəbər 3381 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +