Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


15.11.2021  11:22 

“İqtisadiyyata 300 milyard dollar investisiya qoyulub“





A+  A-

"1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub".

XəzərNews.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir: "O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb".

Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula (ÜDM) nisbəti 108 % təşkil edəcək, bü da xarici dövlət borcundan 6,1 dəfə çoxdur.

Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkəmiz üçün yeni mərhələnin başlanğıcıdır:

“Bir il əvvəl Qarabağ savaşı oldu, lakin artıq sürətlə infrastruktur layihələri həyata keçirilir. Qazanılmış zəfər nəticəsində bölgədə yeni reallıqlar, yeni imkanlar yaranıb. Region ölkələrinin iqtisadi maraqları ilə yanaşı bölgədə sabitlik , təhlükəsizlik, interqasiya və əməkdaşlıq mühitini gücləndirərək, strateji layihələrin həyata keçirilməsi üçün imkanlar ortaya çıxıb. Artıq Ağdamda Sənaye Parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasına dair qərarlar verilib. Bu ərazilər bölgənin iqtisadi imkanlarının reallaşdırılması istiqamətində mühüm layihələrin icrasına şərait yaradacaq”.

Nazir həmçinin əlavə edib ki, 1995-ci ildən keçirilən və bu gün Azərbaycanın ev sahibliyi etdiyi IBF ölkəmizin investisiya imkanlarının tanıdılması baxımından mühüm platformadır.

M.Cabbarov bildirib ki, əgər 2017-ci ildə ölkədəki sənaye zonalarının qeyri-neft sənayesi istehsalında xüsusi çəkisinin 3,2% idisə, hazırda 14,2%-dir.

Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı isə 18%-dir:

“Bu ilin 9 ayında sənaye zonalarından ixrac olunan qeyri-neft məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox - 320 milyon ABŞ dolları təşkil edib”.

Xəbər 4690 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +