Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


02.03.2021  12:28 

Ermənistanda daha bir dələduzluq - İtkin əsgərin atasından 15 min istədi





A+  A-

Ermənistanda itkin düşən əsgərlərin valideynləri mütəmadi olaraq övladlarını qaytarmağı vəd edən dələduzlar tərəfindən fırıldaqçılığa məruz qalır. Bu dəfə isə atasına oğlunu qaytaracağını vəd edərək 15 min dollar tələb edən fırıldaqçı Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat mərkəzi məlumat yayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.G. adlı şəxs əsgər G.A.-nın Qarabağdakı döyüş əməliyyatları zamanı itkin düşdüyünü öyrənərək, 2021-ci ilin yanvarında əsgərin atası A.A. ilə əlaqə saxlayıb və ona guya xarici ölkələrdə əlaqələrinin olduğunu və oğlunun harada olduğunu bildiyini deyib.

Dələduz çağırışçı əsgərin üçüncü ölkə vasitəsilə vətəninə qayıtmasını təşkil etmək üçün 30 min dollara ehtiyac olduğunu bildirib. Cinayətkar bu məbləğin yarısının “Ağ Xaç” ​təşkilatı tərəfindən qarşılanacağını, qalan yarısının isə itkin düşən əsgərin atası tərəfindən ödənilməli olduğunu bildirib. İzləri itirmək üçün V.G. sözügedən məbləğin köçürülməsini borca vəsait verilməsi kimi rəsmiləşdirməyi təklif edib.

Fevralın 24-ü zərərçəkəndən 15 min dollar alan V.G. cinayət yerindəcə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başladılıb.

Qeyd edək ki, bu Ermənistanda itkin düşən əsgərlərin valideynlərinin məruz qaldığı ilk dələduzluq faktı deyil.



Xəbər 3704 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +