Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


11.09.2020  17:54 

Məktəbə gül və şar aparmaq olmaz





A+  A-

“Dərs ili başlananda şagirdlərin müəllimlərə gül dəstəsi aparmasına ehtiyac yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib.

O, qeyd edib ki, müəllimlərə gül dəstəsinin aparılması ilə bağlı məsələ əslində qanunla tənzimlənmir. Lakin bununla bağlı valideynlərə müraciət olunub: “Biz valideynlərə müraciət edirik ki, güllərin gətirilməsi lazım deyil, bu infeksiyaya səbəb ola bilər. İstəyirik ki, valideynlər də bizi başa düşsünlər. Çalışın hansısa formada uşaqlara dəstək olun”, - deyə nazirin müşaviri bildirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Qafqazinfo”ya açıqlamasında əlavə edib ki, xüsusi şərait olduğuna görə, şar və digər şeylərin də içəri keçirilməsi uyğun deyil. "Məktəblilərin əllərində şarla məktəbə daxil olması da qaydalara ziddir".

Xəbər 3551 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +