Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


09.08.2019  09:07 

Sürücülərin nəzərinə





A+  A-

DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən XəzərNews.az-a bildirilib ki, yağmurlu hava şəraitində sürücülər yol və metroloji şəraiti nəzərə almalıdırlar. Belə ki, bu cür hava şəraitində əyləc sistemindən düzgün istifadə etməmək nəqliyyat vasitəsinin sürüşməsinə gətirib çıxara bilər. Bu da real yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur:

"Bəzən belə hava şəraitində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar sürücülər özlərini inzibati məsuliyyətdən azad etmək üçün hava şəraitini bəhanə gətirirlər. Əslində isə bu, belə deyil. Nəqliyyat vasitəsi qanunun tələbi əsasında, yol və meteoroloji şərait nəzərə alınmaqla idarə edilməlidir ki, hər hansı təhlükə yaransa yayınmaq mümkün olsun.

Təəssüf ki, sürücülərin sürət həddinə riayət etməməsi, ara məsafəsini düzgün saxlamaması, hərəkət istiqamətində diqqətsizliyə yol verməsi, eyni zamanda, sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən düzgün istifadə etməməsi yol qəza hadisəsinin yaranmasına səbəb olur. Yağmurlu hava şəraiti nəticəsində paytaxtda bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bütün bunları nəzərə alaraq sürücülərə yağmurlu hava şəraitində diqqətli olmağı tövsiyə edirik”.



Xəbər 3060 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +