Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


08.08.2019  08:57 

Atambayev xalqa atəş açmamağı tələb etdi





A+  A-

Evi xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ölkənin güc strukturlarına müraciət edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Atamabayev onlardan xalqa atəş açmamağı tələb edib.

“İnterfaks” yazır ki, Qırğızıstanın Daxili İşlər nazirinin müavini Kursan Asanov ölkənin keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları ilə danışıqlara başlayıb. Danışıqlarda Atambayev tərəfdən keçmiş deputatlar Ravşan Jeenbəyov, Asel Koduranov çıxış edirlər.

Keşmiş prezidentin evinə giriş onun tərəfdarları tərəfindən bağlanılıb. Bu səbəbdən xüsusi xidmət orqanları Atambayevin evinə daxil ola bilmir. Tərəflər arasında qarşıdurma yaşanır.

"TASS"ın məlumatına görə, xüsusi təyinatlılar artıq Atambayevin iqamətgahının yerləşdiyi Koy-Taş kəndini tərk edib. Ancaq iqamətgah ətrafında gərginlik hələ də qalmaqdadır.

Qeyd edək ki, bir müddət əvvəl A. Atambayevin həbs olunması xəbəri yayılsa da, məlumat hələ də rəsmi təsdiqini tapmayıb.

Sosial şəbəkələrdə Atambayevin iqamətgahından çıxaraq tərəfdarları ilə görüşdüyünü, daha sonra isə mühafizəçilərin əhatəsində naməlum istiqamətə getdiyini əks etdirən görüntülər yayılıb.

Bildirək ki, keçmiş prezidenti ömürlük həbs cəzası gözləyir.

Xəbər 2725 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +