Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam
Hansı evlərə sənəd verilməyəcək?


02.03.2018  20:28 

12000 dollar oğurlayanlar tutuldu





A+  A-

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə Astara sakini Elman Novruzov fevralın 27-də Rayon Polis Şöbəsinə müraciət edərək, şəhərin Səməd Vurğun küçəsində yerləşən evindən 12000 dollar və 335 avro oğurlanması barədə məlumat verib. Hadisə axşam saatlarında sahibinin evdə olmadığı vaxt baş verib.

Təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslər aşkarlanaraq polis tərəfindən saxlanılıb. Faktı törədənlərin elə qonşuluqda yaşayan Astara sakinləri Kənan Bayramlı və Kənan Novruzov olduğu müəyyən edilib. Oğurlanan pulların hamısı onlardan aşkar edilərək sahibinə qaytarılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.



Xəbər 2737 dəfə oxunub.



22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +