“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


01.01.2024  19:11 

Sabirabaddakı həbsdən sonra: Yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb...





A+  A-

Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanın ləğvinə səbəb olan möhtəşəm addım atdı.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə yazıb.

K.Ağzadə ölkədə ilk dəfə kiçik yaşlı qızın nikaha cəlb edilməsinə qarşı sərt tədbir görüldüyünü vurğulayıb:

"2024-cü ilin ilk günü bu məlumatı paylaşmağı özümə borc bilirəm. İlk dəfə baş verdi. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb. Şamaxı, Ağsu, Sabirabad, Lənkəran, Kürdəmir və digər rayonlardan gələn xəbərlər möhtəşəmdir”.

Onun sözlərinə görə, DİN profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb:

"DİN-in bir dəfə “yetər” deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs - ağır cəza olmalı idi. Biz bacardıq".

K.Ağazadə DİN Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevə bu məlumatları daim diqqətdə saxladığına görə təşəkkür edib.

Xəbər 1210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +