Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


07.04.2024  18:45 

“Ermənistan geri dönüşü olmayan tunelə salınıb” - Vüqar Rəhimzadə





A+  A-

Azərbaycan tarixi Zəfərdən sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanmasını təklif etdi. Həmin vaxtdan xeyli müddət keçsə də, Ermənistan hələ də himayədarlarının dəstəyi sayəsində bu addımı atmaqda tərəddüdlərini davam etdirməkdədir. Bunun səbəbi işğalçı Ermənistan və ona dəstək verən bəzi aparıcı Qərb dövlətləri üçün “sirr” olsa da, Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalan dövlət kimi bu addımların arxasında hansı maraqların dayandığını çox yaxşı bilir.

Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan müştərək konfransının keçirilməsi bütün qaranlıq məqamlara işıq saldı. Görünən odur ki, Qərb Ermənistanı nəzarəti altına alaraq özünün oyun meydanına çevirməkdədir. 5 aprel görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Qərbdən asılı vəziyyətə düşüb.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan tərəfinin haqlı iradlarına, konfransı təxirə salmaq tələblərinə baxmayaraq görüş keçirildi. Görüşdən əvvəl ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə telefon danışıqlarında görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyi adı altında ört-basdır etməyə çalışdılar. Azərbaycan dövlətinin başçısı bu məqamı xüsusi qeyd etdi ki, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Prezident İlham Əliyev, həmçinin anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğuladı.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hazırkı dövrün əsas məsələsi sülh müqaviləsinin imzalanması olduğu halda, dünya güclərinin Ermənistana iqtisadi yardım adı altında yarışa girişmələri diqqətdən kənarda qalmır. Avropa İttifaqı ilə yanaşı, ABŞ da Ermənistana 65 milyon dollar məbləğində yardım ayıracaq. ABŞ-ın Azərbaycan ərazilərinin işğalda saxlanıldığı dövrdə mütəmadi olaraq demokratiyaya dəstək adı altında işğalçı dövlətə maliyyə yardımı etməsi məlum olaylardandır. Artıq bu gün bu yardımların mahiyyətində “dəyişiklik” baş verib. Məqsəd guya Ermənistanın iqtisadi inkişafının dayanıqlılığını təmin etməkdir. Dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin bariz nümunəsi olan bu addımın arxasında çirkin niyyətlərin dayandığı aydındır.

Vüqar Rəhimzadə bildirib ki, Brüssel görüşündən əvvəl ABŞ və Avropa İttifaqı rəsmilərinin dövlət başçısı İlham Əliyevə telefon zəngləri, müştərək konfrans zamanı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi ölkəmizin sözünün imzası qədər dəyərli olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni reallıqlar yaradan qalib Azərbaycan diktə edən tərəfdir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında daim bu çağırış xüsusi yer tutur ki, heç bir qüvvə Azərbaycanla diktat dili ili danışa bilməz. Ermənistan üçün təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli idi. Bu təhlükəsizliyin Qərbdə axtarılması Ermənistan üçün böyük problemlər yaradacaq. Bu gedişlə Ermənistanı Ukrayna, Suriya, Livanın aqibəti gözləyir. Ermənistan müxtəlif zonalara parçalanacaq. Bu vəziyyətdə Türkiyə riskləri nəzərə almalı və təhlükəsizlik zonası yaratmaq haqqında düşünməlidir.

YAP Xətai rayon təşkilatının sədri həm də diqqəti “sapı özümüzdən olan baltalar”ın erməni sevgisinə yönəldib. Bildirib ki, 5 aprel görüşündən dərhal sonra daxili bədxahlarımız hərəkətə keçərək ABŞ və Avropa İttifaqının regiondakı oyunlarına bəraət qazandırmağa çalışırlar. Belə ki, sabiq səfir Arif Şahmarlı iddia edir ki, Brüsseldən verilən mesajlar Azərbaycana yox, Rusiyaya qarşı ünvanlanıb. Sevinc Osmanqızı, Qənimət Zahid və digər xəyanətkar ünsürlər də Azərbaycanın Brüssel görüşü ilə bağlı mövqeyinə utanmadan erməni prizmasından baxırlar. Bu anti-milli ünsürlər tərəfindən birbaşa Ermənistana dəstək üçün təşkil olunan görüş bəh-bəhlə təriflənir. Onlar bu kimi addımları ilə xarici anti-Azərbaycan qüvvələrin əlində oyuncaq olduqlarını, əvvəlcədən yazılmış ssenarilər əsasında hərəkət etdiklərini sübut edirlər. Öz şəxsi ambisiyalarına görə dövlətinə, xalqına xəyanət yolunu tutanlar ən böyük cəzaya layiqdirlər.


Xəbər 6159 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +