Həbibbəylilərin daha bir “gömrük qaçaqlığı”
2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır?
Deputat TV-ləri tənqid etdi: Əncam çəkilməlidir
“Qırmızı yelkənlər”də partlayış: Sarkisyan ölüb?
Vasif Talıbovdan alınan şirkətlərin külli miqdarda borcları var - SİYAHI
Ukrayna dronları Həştərxanı vurdu
Bu ölkədən iş təklifi gələrsə, QƏBUL ETMƏYİN -VİDEO
Azərbaycanlı aktyordan böyük uğur
“Fortis Group MMC” sakinləri zəhərləyir? - Video
Putini o əvəz edəcək: İDDİA - FOTO


24.07.2020  20:08 

Sahibə Qafarova Rusiyanın Azərbaycandakı səfirini qəbul etdi





A+  A-

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.
XəzərNews.az xəbər verir ki, səfir Mixail Boçarnikov görüş imkanı yaradıldığı üçün Milli Məclis sədrinə minnətdarlığını bildirib. Rusiyalı səfir əvvəlcə Sahibə Qafarovanı Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu vurğulayıb.

Spiker Sahibə Qafarova mövcud münasibətlərin parlamentlərarası əməkdaşlığın gələcək perspektivi üçün çox yaxşı zəmin yaratdığını qeyd edib, humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən etibarən yaratdığı vəziyyətə xüsusilə toxunan Milli Məclisin sədri bildirib ki, bir çox beynəlxalq qurumlar və təşkilatlar Ermənistan tərəfindən törədilən bu təxribatı pisləyib.

Milli Məclisin sədri Ermənistan tərəfindən törədilən təxribata etiraz olaraq son günlərdə dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumların təşkil edilməsini kəskin şəkildə pisləyib.

Səfir M.Boçarnikov ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi Rusiyanın problemin sülh yolu ilə həll edilməsində maksimum səy göstərdiyini bir daha qeyd edib.

Görüşün sonunda Rusiyalı diplomat Rusiya Federasiyası Federal Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun dəvətini xatırladaraq, ən qısa zamanda Milli Məclis sədrini Moskvada gözlədiklərini bildirib. Milli Məclis sədri Sahibə Qafarova öz növbəsində COVİD-19 pandemiyası səbəbindən hazırda bütün səfərlərin vaxtının dəyişdirilməsindən təəssüfləndiyini qeyd edərək, pandemiya bitdikdən sonra ilk səfərlərdən birinin məhz Rusiya Federasiyasına ediləcəyini vurğulayıb.

Xəbər 2310 dəfə oxunub.



03.02.2025  15:02 

Belarus hökuməti istefa verdi

03.02.2025  14:59 

Tanınmış alim vəfat edib

03.02.2025  11:30 

XİN Pakistana başsağlığı verdi


BÜTÜN XƏBƏRLƏR +