Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?


22.05.2017  11:20 

106 yaşlı internet fenomeni - FOTOLAR





A+  A-

Bütün dünya, Hindistanın Gudivada bölgəsinin ucqar kəndlərdən birində yaşayan 106 yaşlı Mastanamma nənədən danışır. Amma dünya ondan yaşının çoxluğuna görə danışmır. Yeri gəlsə, ondan da yaşlıları var bu cahanda. Məsələ burasındadır ki, Mastanamma nənə ömrünün bu ahıl çağında Youtube sosial şəbəkəsinin fenomenlərindən biridir.
XəzərNews.az bildirir ki, ARB TV-nin "Pəncərə" verilişində bu fenomen qadınla bağlı maraqlı sujet yayımlanıb.

Belə ki, 106 yaşlı nənənin fenomen olma səbəbi bişirdiyi yeməklərdir.

Mastanamma nənənin sözlərinə görə, o, yemək bişirməyə 6 yaşında olarkən başlayıb. Tarixi rəqəmlərlə ifadə etsək, ilk dəfə Şərqin bu qədim ölkəsində qolunu çırmalayıb yemək hazırlayanda, Qərbdə 1-ci dünya savaşı gedirdi. Bu, həm də o deməkdir ki, nənə tam 100 ildir yemək bişirməklə məşğuldur.

Bir əsr aşpazlıq təcrübəsi olan nənə hazırladıqları yeməkləri tək nəvə-nəticəsiylə bölüşmür. Yüz minlərlə insana da təqdim edir. Təbii ki, virtual olaraq. Onun hazırladığı yeməklərin videosu "Country Foods" adlandırılan şəxsi Youtube hesabına yüklənir və Youtube-dan onu nə az, nə çox, tam 300 mindən çox insan daimi olaraq izləyir. Ağbirçəyin videolarını Youtube-a nəticələri yükləyir. Uşaqlar deyirlər ki, əvvəl-əvvəl sırf yumor xatirinə, maraq üçün nənəmizin videolarını paylaşırdıq. Sonra gördük ki, arvad məşhuri-aləm oldu. Dünyanın hər yerindən baxmağa və yazmağa başladılar.

Ağbirçəyin qulaqları bir az zəif eşitsə də, gözləri yaxşı görür və öz smartfonu var. Hesabında paylaşılan videolara da elə istifadə etdiyi telefonuyla baxır. Özünü Youtube-da gördükcə bu onun xoşuna gəlir.

Mastanamma nənəyə "Hardan öyrənmisən belə bişirməyi? Bu yaşda necə bacarırsan?" sualı verilərkən, onun cavabı bu cür olur: "Mən çox güclüyəm və heç kimdən deyil, özüm öyrənmişəm yemək bişirməyi".

Dediyinə görə, yeməklərinə dad verən əsas amil mətbəxinin ədviyyatlarıdır. Mətbəx isə bağ-bağçadır, tarladır. Ən çox tərəvəzlərdən, mərcidən, balıqdan, yumurtadan istifadə edir. Xüsusilə yumurtadan geninə-boluna yararlanır.

Dediyinə görə, ömrünün uzun olmasının bir səbəbi də məhz yumurtadan və ədviyyatlardan çox istifadə etməsidir.

Ən məşhur yeməyi qarpızın içində bişirilən toyuq ətidir. Biz toyuğun içini doldurub ləvəngi hazırlayırıq. Mastanamma nənə isə toyuğu qarpıza doldurub indiyski ləvəngi hazırlayır. Deməli, öncə bir qarpızı götürüb kəsib içini oyub çıxarırlar. Daha doğrusu, içini yeyib bitirdikdən sonra keçirlər yeməyin digər hissəsinə, hissələrə bölünmüş toyuq ətinin üzərinə bibər, pomidor, soğan, qırmızı istiot və müxtəlif ədviyyatlardan əlavə edib onu yaxşıca qarışdırırlar. Sonra ora biraz bitki yağı da əlavə edilir. Ardınca Mastanamma nənə bu qarışığa bir az zəncəfillə sarımsaq və yerli göyərti növlərindən əlavə edir. Daha sonra içi boş qarpıza banan yarpağı yerləşdirib həmin toyuq əti qarışığını ora doldurur. Bitirdikdən sonra yarpaqla qarışığın üstünü örtüb qarpızın papağını da başına qoyur. Sonra isə xəmirlə qarpızın kəsilmiş yerini sarıyır. Beləcə qarpız ləvəngisi odun üstündə bişməyə başlayır.

O, yeməklərini heç vaxt qazda bişirmir. Odun və digər təbii yanacaq növləriylə alışdırılan ocaqda bişirir. İstifadə etdiyi ərzaqların miqdarını isə gözəyarı seçir. Hər halda 100 illik təcrübə bu mövzuda səhv edə bilməz. Bu ailə, süfrə örtüyü və ya qab əvəzinə banan yarpaqlarından istifadə edir. Onlar yeməklərini əllə yeyir. Çəngəl, bıçaq və qaşıq onlara yaddır. Mətbəx adamlarına isə bir tövsiyəsi var, deyir ədviyyatlardan bol istifadə edin ki, yeməkləriniz ləzzətli olsun.





Xəbər 9688 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi


BÜTÜN XƏBƏRLƏR +